Hindistan “Akash” zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərir.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı “Akash” komplekslərinin istehsalçısı olan “Bharat Electronics Limited” şirkəti yayıb.
“Hindistan hökumətində müdafiə istehsalı üzrə katib Sanciv Kumar “Akash”ın ilk batareya sistemlərinin xarici dost ölkəyə eksporta barədə siqnal verdi”, –məlumatda bildirilib.
Qeyd edək ki, “Akash” sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir.