Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sülh danışıqları barədə danışarkən deyib.
“Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik”, – İrəvan rəsmilərinin niyə hələ də Moskvaya getməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan qeyd edib.