İrəvan separatçılara buna görə imkan vermədi

İrəvan separatçılara buna görə imkan vermədi

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib ki, Qarabağ separatçılarına Ermənistanda hər hansı bir “dövlət institutu” yaratmağa imkan verilməməlidir. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə saydığını bildirib. Haqlıdır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu qeyd edib.

“Alen Simonyan bunu ona görə deyib ki, Qarabağ separatçıları Ermənistan ərazisində fəaliyyətlərini davam etdirərlərsə, “mühacir hökumət” və “mühacir parlament” formalaşdırarlarsa, bu, Ermənistana baha başa gələcək, buna cavab olaraq Azərbaycan ərazisində də Qərbi azərbaycanlıların mühacir hökuməti və mühacir parlamenti formalaşacaq. Ermənistan hökumətinin ən çox qorxduğu Azərbaycanda Qərbi Zəngəzur mövzusunun müzakirə edilməsidir. Alen Simonyanın açıqlamasının ardınca, İrəvanda Qarabağ separatçılarının “nümayəndəliyi” də ləğv edilməlidir”, – politoloq bildirib.

Teqlər: