İrəvan səfirliyimizə hücumu pisləyən bəyannamənin qəbuluna mane oldu

İrəvan səfirliyimizə hücumu pisləyən bəyannamənin qəbuluna mane oldu

Məlum olduğu kimi, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniyada keçirilmiş 49-cu sessiyası zamanı dünən qəbul edilmiş 5 qətnamədən biri “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamə idi. Qətnamədə 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır.

AzerTimes Trend-ə istnadən xəbər verir ki, Ermənistan tərəfi İranın sifarişi ilə eyniməzmunlu bəyannamənin ATƏT-də qəbul edilməsinə mane olub.

Təəssüf ki, 2 aya yaxın müddətdə davam edən müzakirələrə Ermənistan tərəfi hər vəchlə maneə törədib və Səfirliyə xain hücumu pisləyən, terror qurbanlarının ailələrinə başsağlığı diləklərinin çatdırıldığı, və ədalətin təmin olunması məqsədilə hərtərəfli istintaq aparılmasının vacibliyinin vurğulandığı bəyannamənin qəbuluna imkan verməyib.

Bu, bir daha göstərir ki, Ermənistan İranın ATƏT-də əsas təmsilçisi olmaqla yanaşı, sülhdə və əmin-amanlıqda maraqlı olmayan tərəfdir.

Teqlər: