İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir?

İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir?

Böyük Britaniya, Fransa və Almaniyada seçkilər ərəfəsində Ermənistan hakimiyyəti Qərbdəki vəziyyət aydınlaşana qədər antirusiya fəaliyyətini müvəqqəti dayandırmaq barədə “direktiv” alıb.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Niderlanddakı keçmiş səfir Dzünik Ağacanyan Ermənistan-Rusiya münasibətlərinin son inkişafı haqda qeyd edib.

O, Ermənistanın Rusiyadakı səfirinin Belqorod qurbanlarını ziyarət etmək üçün bu regiona getməsi, Paşinyanın AB-yə daxil olmağa görə referendum keçirməyin məqsədəuyğun olmadığını bildirməsi və s. kimi son addımları təsadüf saymayıb.

Onun fikrincə, Rusiyaya qarşı çıxışlarda “pauza” Fransa və Böyük Britaniyada seçkilər tam başa çatandan sonra bitəcək.

Ağacanyan Almaniya və ABŞ-da da dəyişikliyin mümkünlüyünə eyham vuraraq, indiki məqamda Ermənistanın Rusiyaya qarşı “müttəfiq yanaşması”nı daha 3-4 ay davam etdirəcəyinə əminliyini ifadə edib.

Teqlər: