Nikol Paşinyanın hakim partiya üzvləri ilə qapalı görüşləri ardıcıl olaraq keçirilir. Bu gün Baş nazir və nazirlər hakim qanadın deputatları ilə qapalı görüş üçün yenidən parlamentə gedəcəklər. Bu, hakim komanda üzvlərinin son günlər Nikol Paşinyanla üçüncü görüşüdür.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri mənbələrə istinadən məlumat yayıb.
“Bu günlərdə əsas mövzu Ermənistanın AB-yə namizədliyinin irəli sürülməsi məsələsidir və bütün komanda Baş nazirlə görüşlərdə bunu müzakirə edir. Dünən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə də bu məsələ gündəmdə olub. AB üzvlüyünə namizədliyin irəli sürülməsi prosesinin əsas nəzarətçisi Təhlükəsizlik Şurasının katibi olacaq. Paşinyan bu məsələni çox tez başa çatdırmaq niyyətindədir. Ona görə də Ermənistanın üzvlük üçün tez bir zamanda müraciət etməsi mümkündür”, – məlumatda deyilir.