İrəvan Qərbin sanksiyalarını belə yarır – Şok rəqəm

İrəvan Qərbin sanksiyalarını belə yarır – Şok rəqəm

Ermənistandan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracın həcmi 2022-ci ildə 2.8 dəfə artaraq 1.6 milyard dollara çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının hesabatında qeyd olunub.

Bildirilib ki, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın Aİİ-yə ixracı 2022-ci ildə 9.8 milyarda (1.4 dəfə) çatıb. Bu məbləğin də 9.5 milyard dolları Rusiyanın payına düşür.

Ermənistanın ixracının bir il ərzində bu qədər artması müəmmalı görünür. Normal iqtisadi sistemi, sənayesi olmayan bir ölkənin 1 il ərzində ixrac həcmini 2.8 dəfə artırması absurddur. Belə çıxır ki, Ermənistan dəfələrlə yazıldığı kimi Qərbin sanksiyalarını yarmaqla məşğuldur. Ötən ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlar başlayan kimi Rusiyaya ixracın artması Qərb məhsullarının Ermənistan vasitəsilə daşınması deməkdir.

Teqlər: