İrəvan “Qərbi Azərbaycan” ifadəsindən qorxur – Mirzoyan

İrəvan “Qərbi Azərbaycan” ifadəsindən qorxur – Mirzoyan

Ermənistan cəmiyyətində Azərbaycanın Qərbi Azərbaycanla bağlı fikirləri narahatlıq yaradır.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Bu gün Azərbaycan tərəfi demək olar ki, bütün Ermənistan ərazisini əhatə edən Qərbi Azərbaycandan danışır. Onlar əmin edirlər ki, bu ərazi iddiaları deyil, amma təəssüf ki, təəssürat tamamilə bunun əksidir. Buna baxmayaraq, ümid edirəm ki, noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammiti sülh prosesini irəli apara bilər”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan XİN Mirzoyanın sözügedən forumda ölkəmizə qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini açqlamışdı.

Teqlər: