Bu gün Ermənistanın Qarabağın müstəqilliyini tanıması yanlış olardı.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Ovik Ağazaryan deyib.
“Bunu erməni müxalifəti də dərk edir. Əgər Ermənistan Qarabağın müstəqilliyni tanısa, həm danışıqlar prosesinə, həm də onu dəstəkləyən ölkələrə narahatlıq yaradacaq. Bu, Azərbaycanla deyil, vasitəçilərlə danışıqlar prosesini bağlayacaq”.