Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Bunun müəllifləri Vardan Oskanyan və Robert Köçəryandır. Serj Sərkisyan və Edvard Nalbəndyan isə bu irsi hakimiyyətə gəlmək şərti kimi qəbul etdilər. Həmçinin Robert Köçəryan 1998-ci ildə hakimiyyətə gəlməyin ilkin şərti kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırdı”, – N.Paşinyan qeyd edib.