Ermənistan Qarabağdakı separatçılara ayıracağı vəsaitin həcmini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə parlamentdəki müzakirələr zamanı Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan deyib.
O, Ermənistanın Qarabağ separatçılarına 2023-cü il üçün daha çox vəsait ayıracağı barədə yayılan informasiyanı təkzib edib. Bildirib ki, Ermənistan Qarabağdakı qondarma quruma 2022-ci ildə olduğu qədər, yəni 144 milyard dram (təxminən 288 milyon dollar) ayırmağı nəzərdə tutur.
“Onu da qeyd etmək lazımdır ki, 2023-cü ildə bu xərclər artıq o qədər də yüksək olmayacaq. Bunun sayəsində Qarabağ üçün yardımlar başqa xərclərə yönəldilə bilər”, – o deyib.
Xaçatryan onu da bildirib ki, ötən il Qarabağ separatçılarına büdcədən əlavə olaraq daha 20 milyard dram (təxminən 40 milyon dollar) yardım edilib. 2023-cü ildə də belə əlavə yardım mümkündür.