İrəvan partlayışında şok detal: 2 saat öncə…

İrəvan partlayışında şok detal: 2 saat öncə…

İrəvandakı ticarət mərkəzində baş verən partlayışla bağlı Ermənistan Teleqram kanalları sensason detallar üzə çıxarıb.

AzerTimes xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Qalust Qriqoryan bildirib.

Onun sözlərinə əsasən, erməni jurnalistlər partlayışın Kremlə yaxın qüvvələr tərəfindən törədildiyinə dair sübutlar əldə edə bilib.

“Belə ki, Rusiyanın “Life.ru” resursu partlayışdan bir gün öncə İrəvana xüsusi müxbir və operator qrupu göndərir. Onlar partlayış baş verən ticarət mərkəzinə yaxın ərazidəki oteldə yerləşdirilir. Ən maraqlısı isə “Life.ru” insident baş verən andan 2 saat öncə partlayış xəbərini yayımlayır. Düzdür, yazı bir müddət sonra saytdan çıxarılır, partlayış baş verəndən sonra isə yenidən verilir. Qeyd edim ki, bu resurs Kremlə yaxın, erməni əsilli mediamaqnat Aram Qabrelyanovun kurasiyası altındadır. İndi siz özünüz düşünün: bu necə ola bilər?” – deyə o qeyd edib.

Teqlər: