Ermənistan OPEK-dən 50 milyon avro kredit alacaq.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın maliyyə nazirinin müavini Eduard Akopyan deyib.
Onun sözlərinə görə, ilkin olaraq bu vəsaitin dövlət büdcəsinin kəsirini ödəmək üçün ayrılacağı güman edilirdi:
“Lakin büdcə profisitlə çıxdığından kredit vəsaitlərinin kapital qoyuluşlarına, məsələn, məktəblərin tikintisinə və s. yönləndirilməsinə qərar verilib. Kredit 5 il güzəştli olmaqla, 20 il müddətinə verilir”.