Ermənistan Azərbaycan, Rusiya, Türkiyə və İranla danışıqlar aparmalıdır. 9/10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin (buna əsasən Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir – red.) müzakirəsindən qaçmağa ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində yazıb.
“Paşinyan və ətrafına elə gəlirdi ki, Üçtərəfli bəyanatın 9-cu bəndindən yan keçmək olar. Onlar uğursuz oldu. İndi onlara elə gəlir ki, 10 noyabr sənədindən geri çəkilsələr, yenə bu taleyüklü məqamdan qaça biləcəklər. Heyf, boş ümidlərdir. Uduzan tərəf əslində mövcud olmayan sənəddən belə imtina edə bilməz. Bununla öhdəlikdən qaçmazsınız, ancaq müharibə üçün səbəb yaradacaqsınız. Üçtərəfli bəyanatının 9-cu bəndinin müzakirələrindən qaçmağa ehtiyac yoxdur, vəziyyətdən minimum itkilərlə çıxmaq üçün danışıqlar aparmaq lazımdır. Azərbaycan, Rusiya, Türkiyə, İranla danışıqlar aparmalıyıq”, – o bildirib.