Ermənistanda KTMT ilə münasibətlərin soyuması fonunda NATO-ya daxil olmaq məsələsi müzakirə olunmur və parlament də onun təşkilatdan çıxması məsələsini qaldırmır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasının üzvü Aleksey Sandıkov deyib.
“Məlum səbəblərdən Ermənistan KTMT-dəki iştirakını dondurub, lakin hələlik qurumdan çıxmaqdan söhbət gedə bilməz”, – o bildirib.