İrəvan Moskvadan 400 milyon dollar tələb edir?

İrəvan Moskvadan 400 milyon dollar tələb edir?

Ermənistan Müdafiə Nazirliyi hələ 2021-ci ildə ölkənin hərbi sənaye şirkətləri ilə bağlanmış milyonlarla dollar dəyərində silah tədarükü müqaviləsini birtərəfli qaydada ləğv etmək və yerinə yetirilməməsinə görə cərimə ödəmək tələbi ilə Rusiyaya rəsmi müraciət etməyib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə Ermənistan hökumətinin silah tədarükü üçün ödənilən 400 milyon dollara yaxın məbləğin qaytarılması tələbi ilə Rusiyaya etdiyi rəsmi müraciətin rədd edilməsilə bağlı erməni Teleqram kanallarında məlumat yayılıb.

Erməni mətbuatı yazır ki, Ermənistan Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan “Dövlət sirri təşkil edən məlumatların siyahısının təsdiq edilməsi haqqında” qanunu əsas gətirərək, məsələ ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Rusiyaya sifariş verdiyi və pulunu ödədiyi silahları almadığını bildirmişdi.

Teqlər: