Ermənistan Moskva ilə tarixi əlaqələri kəsir.
AzerTimes xəbər verir ki, bu sözlər “Politiko” nəşrinin Fransa müdafiə naziri Sebastyan Lekornunun Ermənistana gözlənilən səfəri haqda şərhində qeyd edilib.
Nəşr bildirib ki, Paris Rusiyanın keçmiş müttəfiqlərinə, o cümlədən Moldova və Mərkəzi Asiya ölkələrinə təsirini gücləndirməyə çalışır:
“Bu gün Sebastyan Lekornu ilə Ermənistana uçan nümayəndə heyətinə MBDA, “Nexter”, “Safran”, “Thales” və “Arquus” kimi müdafiə sənayesi şirkətlərinin nümayəndələri daxildir”.