İrəvan metropoliteninin bütün stansiyaları bomba xəbərinə görə bağlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə metropolitenin sözçüsü Tetev Xaçataryan deyib.
“İnsanlar bütün stansiyalardan təxliyə olunub. Metropoliten hazırda bağlıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, konkret olaraq hansı stansiyaya bomba qoyulması deyilməyib.