İrəvan Londonla anlaşdı: Britaniya ordusu gəlir?

İrəvan Londonla anlaşdı: Britaniya ordusu gəlir?

Ermənistanda Britaniya qoşunlarının peyda olacağından hələ ki, danışmırıq, söhbət İrəvanın təhlükəsizlik sisteminin transformasiyasından gedir.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko Ermənistanla Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlıq sazişini şərh edərkən deyib.

Ekspert bildirib ki, İrəvan Qərbi Avropa təhlükəsizlik qüvvələrinin tərkib hissələrinə inteqrasiya ilə eyni vaxtda Rusiya və KTMT-nin çətirindən çıxma prosesi aparır:

“Ermənistan hazırda hərbi və hərbi-texniki əlaqələri şaxələndirir: Fransadan sonra Böyük Britaniya ilə əməkdaşlıq haqqında sənəd imzalanıb. Böyük Britaniya gizli diplomatiya üsulları da daxil olmaqla, əhəmiyyətli təsir potensialına malik ciddi oyunçudur. Xüsusən, Mİ-6-nın vəsaitlərinin istifadəsi ilə…

Təəssüf ki, bu bir şey deməkdir: Rusiyanın Ermənistanla hazırkı gərginliyin hansısa yolla həll olunacağına ümidləri özünü doğrultmur”.

Korotçenko əlavə edib ki, Ermənistan KTMT-nin zəif həlqəsidir, bu əlaqəni qoparmaq Rusiyanı zəiflətmək deməkdir:

“Bu siyasəti ABŞ, Böyük Britaniya, Fransa və bir sıra digər dövlətlər həyata keçirir”.

Qeyd edək ki, Ermənistan Britaniya ilə hərbi sahədə əməkdaşlıq barədə razılığa gəlib.

Teqlər: