İrəvan ləngidir, ABŞ və Rusiya təzyiq edir – Erməni ekspert

İrəvan ləngidir, ABŞ və Rusiya təzyiq edir – Erməni ekspert

Azərbaycanla danışıqlarda Ermənistana təzyiq göstərilir, İrəvan prosesin uzadılması kursunu götürüb.

AzerTimes xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants deyib.

O bildirib ki, həm Moskva, həm də Vaşinqton tərəfindən Ermənistana güclü təzyiq var:

“Erməni tərəfinin danışıqları ləngitməsinin səbəblərini açıqlamayacağıq. Niyə belə etdiyi aydındır. Çünki istənilən halda, hansı ölkənin moderator kimi çıxış etməsindən asılı olmayaraq, qərar Ermənistanın xeyrinə olmayacaq. Brüssel meydanının həyat qabiliyyətini itirməsi fonunda Vaşinqton-Moskva rəqabəti açıq-aydındır. Rusiya üçtərəfli görüşü (XİN rəhbərləri) artıq elan edib və ləğv edəcək tərəf üçün ciddi problemlər yarana bilər”.

Surenyants Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçın dəhlizinə Fransa missiyasının göndərilməsi ilə bağlı aparılan danışıqlarla bağlı açıqlamasına da münasibət bildirib:

“Qriqoryan hələ də uşaq nağıllarına inanır. Əgər Azərbaycan Rusiya sülhməramlılarının regionda təsirini azaltmağa səy göstərirsə, o zaman Laçında beynəlxalq missiyaya razı olarmı? Əlbəttə, yox! Bu məsələ ATƏT, yaxud BMT-də müzakirə oluna bilər. Azərbaycan ATƏT-də birmənalı olaraq veto hüququndan istifadə edir və BMT Təhlükəsizlik Şurasında isə Rusiya bu hüquqdan istifadə edəcək. Görünür, Qriqoryan tam anlamadığı şeylərdən danışır və onun sözləri çox ciddi qəbul etməməlidir”.

Teqlər: