Ötən gün İrəvanın mərkəzi küçələrində yarıçılpaq vəziyyətdə gəzən insanlar görüntülənib.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-də fotolar yayılıb.
Ermənistan parlamentinin bir neçə deputatı da görüntüləri sosial şəbəkə hesablarında paylaşaraq tənqid ediblər. Fotolar ölkə ictimaiyyətində geniş şəkildə müzakirə edilir.
Həmin şəxslərin kim olduğu və niyə belə addım atdıqları isə hələlik bilinmir.