İrəvan KTMT-nin Skopye görüşündən də imtina etdi

İrəvan KTMT-nin Skopye görüşündən də imtina etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin XİN nümayəndələrinin Skopye görüşündə Ermənistanı heç kim təmsil etməyib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, təşkilata üzv ölkələrin XİN nümayəndələri Skopyedə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüş keçiriblər.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl Minskdə keçirilən KTMT sammitində iştirakdan imtina etmişdi. Bunun ardınca digər erməni rəsmiləri də analoji addımı atmışdı.

Teqlər: