Bu, Ermənistanın mövqeyinə əminlik vermək cəhdidir. KTMT-dən ayrılırsınızsa, onda gedin!
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Boqdan Bezpalko Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığını şərh edərkən deyib.
“Diqqətinizi Fransaya yönəltmək istəyirsinizsə və silah almağa hazırsınızsa, bu, KTMT-yə üzvlüklə bir araya sığmır. Paris indi Rusiyanın rəqibidir və Fransa Prezidenti rus hərbçilərinə qarşı döyüşmək üçün Ukraynaya qoşun yeritməyin tərəfdarıdır. Belə olan halda mövqeyinizi tutun, çünki bu addımlar Ermənistan, bəlkə də Rusiya üçün çox vacib olan bir sıra nəticələrə gətirib çıxaracaq. Lakin hər halda, bu iki dövlətin güclü tərəflərinin fərqliliyinə görə onlar Ermənistan üçün Rusiyadan daha əhəmiyyətli nəticələr olacaq. İrəvanın mövqeyi çox qəribədir. Bir tərəfdən bəzi ictimai bəyanatlar və hərəkətlər var ki, onları açıq-aşkar qeyri-dost kimi qiymətləndirə bilərik, sonra da bəyan edirlər ki, yox, biz bütün inteqrasiya birliklərinin tərkibində qalırıq. Amma qərar verməlisən, çünki gec-tez bu ziddiyyətlər ona gətirib çıxaracaq ki, ya İrəvan, ya da Moskvada qərar verməli olacaqsan. Düşünürəm ki, iki nazir arasında söhbət məhz bununla bağlı olub. Bunun Rusiya Xarici İşlər Nazirliyinin saytında əksini tapmaması bu söhbətin kifayət qədər əhəmiyyətli və qeyri-rəsmi olduğunu deməyə əsas verir”, – o bildirib.