Ermənistan Rusiyanın təqdim etdiyi Bakı ilə münasibətlərin qurulmasının əsas prinsipləri ilə razılaşır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tvitterdə yazıb.
“Sentyabrın əvvəlində İrəvan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılaşıb və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya təkliflərini dəstəkləyəcək”, – o bildirib.