İrəvan konyakının Rusiyaya ixracı dayandırılır

İrəvan konyakının Rusiyaya ixracı dayandırılır

“Ararat” brendi ilə məşhur olan və Fransanın “Pernod Ricard” şirkətinə məxsus İrəvan konyak zavodu öz məhsullarının Rusiyaya ixracını dayandırır.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat naziri Vaqan Kerobyan deyib.

“Rəsmi məlumatım yoxdur, lakin, deyəsən, rəsmidir. İrəvan Konyak Zavodu Rusiyaya ixracı dayandırır”, – Kerobyan bildirib.

O əlavə edib ki, bu qərar erməni fermerləri üçün müəyyən problemlər yaradacaq.

Teqlər: