Ermənistanın ombudsmanı Anait Manasyan İrəvanda özünü İstintaq Komitəsinin binasının beşinci mərtəbəsindən atan Rusiya vətəndaşının ölümünə münasibət bildirib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Ombudsmanın təşəbbüsü ilə müzakirə proseduruna başlanılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, iyulun 20-də əli qandallı şəxs özünü Ermənistan İstintaq Komitəsinin binasının 5-ci mərtəbəsindən ataraq ölüb. Ölən şəxsin Rusiya vətəndaşı olduğu bildirilib.