İrəvan istəyir, ancaq BMT-ni Bakı dəvət edərsə…

İrəvan istəyir, ancaq BMT-ni Bakı dəvət edərsə…

Ermənistan Laçın yolunda keçirilən aksiyaya qarşı “humanitar fəlakət” iddiası ilə BMT-ni prosesə cəlb etmək cəhdinə davam edəcək, xüsusilə “faktaraşdırıcı missiya”nın cəlb edilməsi məsələsini aktual saxlamağa çalışa bilər, çünki buna nail olmaq imkanı “beynəlxalq sülhməramlılar” istəyi ilə müqayisədə az da ola mümkün görünür.

Bakı bu həmləyə qarşı BMT “faktaraşdırıcı missiyasını” Laçın yoluna özü dəvət edə bilər.

Birincisi: missiyanın göndərilməsi BMT TŞ-nin bütün üzvlərinin razılığı ilə mümkündür və Rusiyanın buna veto qoyacağı məlumdur, lakin bunu Bakının istəməsi Ermənistanın manevr imkanını azalda bilər;

İkincisi: Bakının bu təklifi yolun bağlanmadığı, humanitar keçid üçün bütün şəraitin yaradıldığı arqumentini gücləndirə, ermənilərin “humanitar fəlakət” iddialarının önünə keçə bilər.

Teqlər: