İrəvan İranı itirdi, Bakı qazandı – Melkonyan

İrəvan İranı itirdi, Bakı qazandı – Melkonyan

Heç bir ölkə, hətta KTMT və ya Rusiya Ermənistanı təhdid edən müharibənin qarşısını ala bilməz. Çünki 2018-ci ildən sonra Ermənistan hökumətinin siyasəti nəticəsində və Bakının səmərəli fəaliyyəti sayəsində müttəfiqlərimiz Azərbaycanın müttəfiqinə çevrilib.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

“Üstəlik, Ermənistan təbii müttəfiqi olan İranla münasibətləri korladı, əvəzində Azərbaycan İranla yaxşı münasibətlərə nail oldu. Qərbdə belə düşünürlər: İransız region və kiçik Rusiya olmalıdır. Bölgədəki boşluğu İran və Rusiyadan sonra Türkiyə doldura bilər. İrəvan hökuməti isə Ermənistanı məhz bu yolla aparır və bu məsələdə Qərbin dəstəyini alır. Ermənistan Rusiyanı tənqid edir, Qərbdən dəstək alır, tənqiddən əl çəksə, dəstəyi itirəcək. AB müşahidəçilərinin dəstəyinə gəlincə, Ermənistanda yerləşən AB-nin müşahidə missiyasının rəhbəri Ritterin sözlərini yada salmaq məcburiyyətindəyəm: “Hərbi əməliyyatlar olarsa, biz döyüş yerlərini tərk edəcəyik, əgər onlar davam edərsə, ölkəni tərk etməliyik”, – o bildirib.

Teqlər: