AB, ABŞ və bütün digər beynəlxalq qurumlar çoxsaylı bəyanatlara baxmayaraq, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizlik təminatlarını təmin edə bilmədilər.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan X səhifəsində yazıb.
“Bunlar vasitəçilik səyləri zamanı dəfələrlə bəyan etdilər ki, Qarabağ ermənilərinin hüquqları və bütövlüyü onlara ata-baba torpağında təhlükəsiz yaşamağa imkan verəcək beynəlxalq mexanizmlər çərçivəsində təmin edilməlidir”, – Marukyan bildirib.