KTMT-nin cari il üçün büdcəsi Ermənistan rəhbərliyinin ödəmədən imtina etməsi səbəbindən düzəliş tələb edir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi üzərində iş gedir. Bu halda töhfələrin yenidən bölüşdürülməsindən söhbət getmir. KTMT katibliyi və KTMT-nin Birgə Qərargahı İrəvanın öz əməkdaşlarını kvota vəzifələrindən geri çağırması səbəbindən xərcləri azaldıb”, – məlumatda deyilib.
Qeyd olunur ki, Moskva İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini davam etdirməsinin tərəfdarıdır.