Ermənistan hökuməti diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə olaraq Böyük Britaniyaya hərbi attaşe təyin etməklə bağlı qərar qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
“Böyük Britaniyada Ermənistanın hərbi attaşesinin olması zərurəti iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olması və Londonun son vaxtlar əməkdaşlığın dərinləşməsinə göstərdiyi böyük maraqla bağlıdır”, – məlumatda qeyd olunub.