İrəvan hərbi gücünü artırır: eskalasiya riski… – “Moody’s”

İrəvan hərbi gücünü artırır: eskalasiya riski… – “Moody’s”

Sülh danışıqlarının davam etməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında münasibətlər çətin olaraq qalır.

AzerTimes xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.

Qeyd edilib ki, iki ölkə arasında iqtisadi inteqrasiya və ya ortaq geosiyasi maraqlar olmadığı təqdirdə geosiyasi gərginliyin yüksək səviyyədə qalacağını proqnozlaşdırılır.

Agentlik hesab edir ki, ortaq maraqlar tapılana qədər münaqişənin yeni eskalasiyası ehtimalı qalır:

“Hər iki tərəf hərbi potensialını artırmaqda davam edir, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar davam edir, bu isə o deməkdir ki, hərbi münaqişənin yeni alovlanması ehtimalı qalır”.

Qeyd edək ki, “sərhəddə vaxtaşırı atışma” haqda agentliyin məlumatı həqiqəti əks etdirmir.

Teqlər: