Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanının minalanması barədə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Xəbərdarlıq barədə məlumat bu gün saat 19:19-da daxil olub. Bundan sonra yanğınsöndürən-xilasedicilərdən ibarət qruplar, mühəndis dəstəsi və tibb briqadası hadisə yerinə gedib.
Ətraflı məlumat verilməyib.
Qeyd edək ki, iyunun 8-də Fövqəladə Hallar Nazirliyinə Zvartnots hava limanına bomba qoyulması barədə məlumat daxil olub. Baxış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.