İrəvan Fransadan aldığı silahların pulunu necə verəcək?

İrəvan Fransadan aldığı silahların pulunu necə verəcək?

Ermənistanın Fransa ilə bir neçə yüz milyon avroya çata biləcək hərbi müqavilələri necə ödəyəcəyi məlum deyil.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın məşhur “Le Monde” nəşri Ermənistanın Fransadan GM-200 sistemləri alması və “Mistral” alışı ilə bağlı anlaşma memorandumu imzalaması barədə qeyd edib.

Nəşr bildirib ki, bunlara radar və zenit-raket satışı ilə bərabər, həm də Fransanın Ermənistana təlimləri də daxildir.

“Bunlar Ukraynaya olduğu kimi hərbi yardım deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Lakin İrəvanın onları necə ödəyəcəyi hələ məlum deyil”, – nəşr qeyd edir.

Xatırladaq ki, ötən gün Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra Parisin Ermənistana Müdafiə Nazirliyinin hərbi müşaviri kimi ordu zabitini göndərəcəyini və həm də Ermənistan ordusu üçün xüsusi təyinatlılar hazırlayacağını bildirib.

Lekornu həmçinin artıq elan olunmuş üç GM-200 radarının Ermənistana tədarükü ilə bağlı saziş və “Mistral” hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını da açıqlayıb. Fransa tərəfi həmçinin Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.

Teqlər: