İrəvan Fransa ordusunu gətirməyə çalışır – General

İrəvan Fransa ordusunu gətirməyə çalışır – General

Ermənistan yenə təxribat törətmək istəyir. Paşinyan hökuməti bununla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin səfərindən öncə qüvvədən düşən məsələləri yenidən gündəmə gətirmək, eyni zamanda Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini dünyaya göstərmək niyyətindədir.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz sərhəddə erməni əsgərin guya Azərbaycan Ordusunun açdığı atəş nəticəsində ölməsi barədə yalana reaksiyasında deyib.

General Paşinyan hökumətinin bölgəyə Fransa ordusunu gətirmək istədiyini vurğulayıb:

“Rəsmi İrəvanın əsas məqsədi belə yalanlarla Fransa ordusunu bölgəyə gətirmək, yaxud Vaşinqton və Parisin bölgəyə dəvət edilməsi üçün zəmin hazırlamaqdır. Təxribatların davam etdirilməsi ehtimalı güclüdür. Sülh üçün çalışmaq yerinə revanşizm duyğusu ilə hərəkət edərək yanlış addımlar atırlar. Ermənistan belə davranmaqla özünü fəlakətə sürükləyir. Fillər güləşəndə otların taleyinə ancaq əzilmək düşür. Ermənistan hökuməti də ölkəni getdikcə beynəlxalq rəqabət meydanına çevirir. Hər kəsi ölkəyə dəvət etmək olar, əsas olan onların ölkədə maraqlarını tarazlaşdırmaqdır. Bunu edə bilməyəndə fəlakət baş verir. Ermənistan kimlərinsə fitnəsinə uyub xam xəyallara qapılmamalıdır. Türkiyə Azərbaycanın yanındadır və sülhün açarı Vaşinqtonda, Parisdə yox, bölgəmizin özündədir”.

Teqlər: