Ermənistan Azərbaycana yenidən sərhəddə atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılmasını təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında deyilir.
“Ermənistanın baş nazirinin iyunun 15-də verdiyi bəyanatdan əlavə və İrəvan hökumətinin gərginliyin qarşısını almağa sadiq olduğuna əsaslanaraq, Ermənistan diplomatik kanallar vasitəsilə Azərbaycan hökumətinə təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın”, – bəyanatda deyilir.
Qeyd edək ki, bu gün Ermənistan ordusu Kəlbəcər istiqamətində atəşkəsi iki dəfə pozub.