Ermənistan aprelin 24-də rusiyalı deputatların göndərdiyi müraciətə cavab verib.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyanın sözlərinə görə, cavabı bir-iki gün sonra Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sərkis Xandanyan göndərib:
“Həmkarım çoxdan cavab göndərib. Sadəcə, Zaxarovaya o cür cavab vermək daha münasib idi”.
Qeyd edək ki, daha əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva rusiyalı parlamentarilərin göndərdiyi müraciətə erməni həmkarlarından cavab gözləyir.
Simonyan AB ölkələrinin parlament sədrlərinin konfransında çıxışı zamanı bildirib ki, konfransın diqqət mərkəzində Rusiyanın Ukraynaya işğalı və Yaxın Şərq münaqişəsi məsələsi olduğunu nəzərə alaraq, ölkəsinin Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləyir. Onun bu çıxışı Rusiya tərəfinin sərt reaksiyasına səbəb olub.