İrəvan bunun səbəbini izah etməlidir – Volodin

İrəvan bunun səbəbini izah etməlidir – Volodin

Roma Statutunun ratifikasiyası Ermənistan və onun vətəndaşları üçün problemlər yaradacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Teleqramda yazıb.

Onun sözlərinə görə, bu, düşünülməmiş, strateji cəhətdən düzgün olmayan qərardır:

“Bu qərarı qəbul edənlər səbəbi izah etməlidirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın seçimidir. Sözügedən sənədin ratifikasiyası isə bu inkişafa ziddir”.

Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Roma statutunu təsdiqləyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibədə uşaq alverinə görə Rusiya Prezidenti Vladimir Putinin cinayət məsuliyyətinə cəlb olunmasına dair qərar qəbul edib.

Teqlər: