Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr strateji əhəmiyyət kəsb edir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə görüşündə deyib.
“Münasibətlərimizi inkişaf etdirmə qərarlıyıq. Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə göstərmək üçün İrəvan və Bakı arasında təmasları dəstəkləyirik. “3+2″ platformasının problemlərin sülh yolu ilə həll üçün yaxşı format olduğunu düşünürük. Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir”, – nazir bildirib.