Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Bildirilib ki, 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub:
“Son iki gündə minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır”.