İrəvan büdcə kəsirini bu ölkədən aldığı kreditlə bağlayır

İrəvan büdcə kəsirini bu ölkədən aldığı kreditlə bağlayır

Ermənistan hökuməti bugünkü iclasında büdcə kəsirinin ödənilməsi üçün Fransa İnkişaf Agentliyindən 75 milyon avro məbləğində kredit alınmasını təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Müqavilənin imzalanması iyunun 26-na planlaşdırılır. Kredit konkret proqramlar əsasında verilmir: hökumət ondan öz mülahizəsinə uyğun olaraq büdcə xərcləri üçün istifadə edir. Lakin kredit büdcə sistemini təkmilləşdirmək şərti ilə verilir.

Teqlər: