İrəvan Budapeştlə münasibətləri niyə bərpa etdi?

İrəvan Budapeştlə münasibətləri niyə bərpa etdi?

Biz Macarıstanın ötən ilin dekabrında 5 erməni hərbi əsirini Ermənistana qaytarmaq səylərini xatırlayırıq. Macarıstan hakimiyyətinin nümayəndələri şəxsən Bakıya gələrək əsirləri İrəvana gətirdilər.

AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstanla diplomatik münasibətlərin bərpasının səbəbini açıqlayarkən deyib.

Mirzoyan rəsmi Budapeştin pandemiya ilə mübarizədə Ermənistana yardımını da unutmadıqlarını deyib:

“Səhv etmirəmsə, bizə 100 min doza vaksin verilmişdi. Bu da bir çox həyatı xilas etdi”.

O bildirib ki, yaxın vaxtlarda qarşılıqlı şəkildə səfirlər təyin olunacaq.

Teqlər: