İrəvan bu xəritələrlə sərhəd çəkmək istəyir – Bakı razıdır?

İrəvan bu xəritələrlə sərhəd çəkmək istəyir – Bakı razıdır?

Ermənistan və Azərbaycan arasında sərhəd 1929-cu ildə delimitasiya edilib. Bizə bu tarixi əsas götürmək və Ermənistanın 29,8 min kv.km ərazisini təmin etmək qalır.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bu, qəbul edilmiş prinsipdirmi” sualına isə Qriqoryan belə cavab verib:

“Qəbul edilmiş qərar odur ki, biz sülh sazişini və delimitasiyanı ilin sonuna qədər tamamlayaq. Hələlik aydınlıq yoxdur, ancaq hansı istiqamətdə irəliləməklə bağlı anlayış var”.

Qeyd edək ki, Azərbaycan ərazilərinin qanunsuz olaraq Ermənistana verilməsi prosesi 1920-1929-cu illərdə həyata keçirilmişdir. 1929-cu il 18 fevraldakı “delimitasiya” zamanı isə Ermənistana Cəbrayıl qəzasının Nüvədi, Eynəzir və Tuqut kəndləri, habelə Ordubad sahəsinin Qərçivan və Kilid kəndinin torpaqlarının bir hissəsi verilmişdir. Bu ərazinin ümumi sahəsi 664 km²-dir.

Amma bu, son deyildi. Torpaq verilməsi bundan sonra da davam etmişdir və hazırda Ermənistanın işğalı altında olan Azərbaycan kəndləri buna görə anklavlara çevrilmişdir.

Beləliklə, bəlli olur ki, Ermənistan 1929-cu il xəritəsi əsasında sərhədlərin müəyyənləşməsinə çalışır.

Teqlər: