İrəvan məhkəməsi Qroznıda homoseksuallıq şübhəsi ilə işgəncələrə məruz qalan Çeçenistan sakini Salman Mukaevi Rusiyaya ekstradisiya etməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə Mukayevə kömək edən “SK SOS” böhran qrupu məlumat yayıb.
Məhkəmə Mukayevin qaçqın kimi tanınması və ona sığınacaq verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Mukayev 2020-ci ildə Qroznıda heteroseksual və evli olmasına baxmayaraq, homoseksuallıqda şübhəli bilinərək saxlanılıb. Mukayev özü açıqlamasında bildirib ki, tanıdığı geylərin adlarını açıqlaması üçün bir neçə gün işgəncə verilib. Əməkdaşlığa razılıq verəndən sonra Mukayev azadlığa çıxıb. Bir müddət sonra isə Rusiyanı tərk edib.
Rusiyadan çıxdıqdan sonra çeçen hüquq-mühafizə orqanları ona qarşı qanunsuz silah satışı maddəsi ilə cinayət işi açıblar.