Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Stefan Sejurne ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib:
“Biz tam razılaşdırılmış mətni ehtiva edən son sənədləri təhvil vermişik. Razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq: Ölkələrin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı müqaviləni, SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri tanıyan Almatı Bəyannaməsini”.