Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nəysə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir:
“Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsrir göstərir”.
C.Bayramovun sözlərinə görə, Ermənistan tərəfi bir sıra danışıqlarla bağlı ictimaiyyətə məlumatlar sızdırır:
“Bu, ziyanlıdır. Belə addımlar manipulyasiya xarakteri daşıyır”.