İrəvan bu ölkə ilə hərbi əməkdaşlığı gücləndirir

İrəvan bu ölkə ilə hərbi əməkdaşlığı gücləndirir

Ermənistan və Kiprin müdafiə nazirləri Suren Papikyan və Mixalis Yorqallas müdafiə sektorunda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əvvəlcə nazirlər arasında təkbətək söhbət olub, daha sonra isə geniş tərkibdə danışıqlar aparılıb:

“Nazirlər təhsil və təlim proqramları, müxtəlif sahələrdə təcrübə mübadiləsi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə tərəfdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”.

Papikyan həmkarına İrəvan hökumətinin “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) layihəsini də təqdim edib.

Teqlər: