Ermənistanda 2023-cü ildə adambaşına düşən ÜDM 7330 dollar təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
Qeyd edilib ki, bu rəqəm Gürcüstan və Azərbaycanda 6680, Rusiyada 14250, Türkiyədə 11650, İranda isə 4680 dollardır.
Xatırladaq ki, Rusiyaya sanksiyaların dəlinməsində müstəsna rol oynayan Ermənistan bu əməliyyatlardan milyardlarla dollar qazanır.