İrəvan bu fürsəti əldən verdi – Lavrov

İrəvan bu fürsəti əldən verdi – Lavrov

Ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina ediblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

“Sülh müqaviləsi ilə bağlı müzakirələr bu gün də davam etdiriləcək. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. Mütəmadi olaraq görüşmək, danışıqlar aparmaq və bütün məsələləri həll etmək üçün zəmin yaratmaq lazımdır”, – S.Lavrov bildirib.

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.

Teqlər: