Rusiyanın Ermənistanda hərbi bazasının olması artıq Moskvanın bu ölkə üzərindəki dominantlığından xəbər vermir. Misal kimi Ermənistanı çəkə bilərəm. Bu dövlət hazırda Rusiyaya quyu qazır.
AzerTimes xəbər verir ki, bu fikirləri “Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efiri zamanı illərdir ermənilərin maraqlarını qoruyan, Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasarov bildirib.
“Bu günlərdə İrəvanda sorosçuların böyük tədbiri keçirilib. Orada sizcə nə müzakirə edilirdi? Siz inanmayacaqsız, amma onlar rus kəşfiyatının Ermənistana daxil olmasını hansı yollarla əngəlləməyi müzakirə ediblər. Böyük bir konfrans, bizim guya müttəfiq ölkədə. KTMT ölkəsində… Özü də tədbir ABŞ-ın kurasiyası altında keçib. Bu, bir biabırçılıqdır. Bizim hakimiyyətdə oturanlar hara baxır? Rusiya XİN-i nədən bu ölkəyə sərt nota göndərmir?”, – Baqdasarov bildirib.